Tərtərdə ermənilərin dağıtdığı ev muzeyə çevrilib - VİDEO

9 İyun 2021 11:49

Tərtərdə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumuna məruz qalaraq dağılmış ev indi muzey kimi qorunub saxlanır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  evin pəncərələri yoxdur, tavanı qoparaq tökülüb və bir hissəsi çöküb.

Evin sahibi, Tərtər rayon sakini Sahib İsmayılov deyir ki, evin bu hala salınması erməni vandalizminin növbəti bariz nümunəsidir.

Əraziyə düşən çox sayda top və qrad mərmiləri evi əşyaları ilə birlikdə məhv edib.

Evi dağılan İsmayılovlar ailəsinə yeni 4 otaqlı mənzil tikilib. Dövlət başçısının sərəncamı ilə tikilən yeni yaşayış evində son tamamlama işləri aparılır və yaxın günlərdə ailənin istifadəsinə veriləcək.

Qeyd edək ki, bu evlə bərabər Tərtərə atılan qadağan olunmuş raketlərin qalıqları da rayon muzeyində saxlanılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az