Bölgələrdə vaksinasiya prosesi necə gedir?

9 İyun 2021 10:17

Bölgələrdə koronavirus əleyhinə vaksinasiya prosesi sürətlənib.

Bunu Trend-ə açıqlamasında "Ağsu rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Əli Hüseynov deyib.

O bildirib ki. son günlər peyvənd olunmaq üçün müraciət edənlərin sayı artmaqdadır: "Xəstəxanada vətəndaşlatrın peyvənd olunması üçün briqadalar yaradılıb, vətəndaşların müraciətləri qəbul edilir. Gün ərzində peyvənd olunmaq üçün müraciət edənlərin sayı 580-600 nəfər arasında dəyişir. Bu günə qədər 19 min 286 vaksin vurulub. Onlardan 5 min 530 nəfər hər iki dozanı qəbul edib. 8 min 206 nəfərə isə birinci doza vurulub. Vaksin vurulanlardan 379 nəfəri tibb işçiləri, qalanları isə müxtəlif şəxslərdir".

Direktor bildirib ki, vətəndaşlara "Sinovac" vaksini vurulur: "Vaksin vurulanlar arasında özünü bu günə qədər pis hiss edən və əks təsitr göstərən ölmayıb. Vaksin olunmaq üçün müraciət edən şəxslər əvvəlcə müayinə olunur, yanaşı xəstəliklərinin olub-olamamsı yoxlanılır, sonra peyvənd olunmasına qərar verilir. Hazırda vətəndaşzların peyvənd olunması üçün xəstəxana kifayət qədər vaksinlə təmin edilib".

Milli.Az