Paşinyan günahını tanrının üstünə atdı

9 İyun 2021 09:41

"Ən çətin suallardan biri 2020-ci ildə niyə belə bir uğursuzluğa düçar olmağımızdır".

Milli.Az erməni mediasına istinadən xəbər verri ki, bu sözləri Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bildirib.

O deyib ki, "bunun üçün müxtəlif açıqlamalar ola bilər: siyasi, geosiyasi, iqtisadi, hərbi, mənəvi, psixoloji və s. Amma ağlıma belə bir fikir gəldi. Qəribə görünməsin, sadəcə bunu sizinlə bölüşürəm. Deyirəm, bəlkə tanrı 12-ci Məzmurdakı (Bibliyadan sitat - red.) kimi bizdən üz çevirdi".

Milli.Az