Subay bildiyi kişi ilə yatdı, üzrxahlıq üçün onun xanımına peçenye göndərdi

9 İyun 2021 09:34

Şotlandiya sakini olan Elizabet Lindsi başqa bir qadından peçenye hədiyyə əldə edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Lindsinin ərinin əvvəllər onu həmin qadınla aldatdığı məlum olub.

Belə ki, E.Lindsinin əri ilə sevgili olan qadın onun evli olduğunu bilmirdi. Lindsi hədiyyəlik peçenyeni ərindən ayrılmasının ildönümündə alıb.

Sirli qadının göndərdiyi peçenye qutusunda Lindsinin əvvəlki əri ilə yatdığı üçün üzrxahlıq məktubu da olub. Nəticədə qızlar yaranmış vəziyyətə baxmayaraq, dostluq da edə biliblər.

"Bu, ərimdən ayrılmağımın ildönümündə baş verdi, ona görə də onunla münasibət quran qız onun əsl adını bilmir və onun tərəfindən kifayət qədər kobud rəftarlara məruz qalırdı. O mənə hədiyyə göndərdi", - Lindsi belə deyib.

Məlum olub ki, Lindsinin əri telefonundakı yazışmalarla yalanlarının üstü açılanadək həyat yoldaşına və sevgilisinə yalan danışırmış.

Milli.Az