Dağda yarığa düşən alpinistin xilas olunma anları - VİDEO

9 İyun 2021 11:24

Rusiya FHN-nin əməkdaşları  Elbrus dağında yarığa düşən alpinisti xilas ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Life Shot" "Telegram" kanalı bununla bağlı kadrları paylaşıb.

Məlumata görə, hadisə 4900 metr hündürlükdə baş verib. Turistlər eniş zamanı marşrutdan yayınıb və onlardan biri yarığa düşüb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Milli.Az