Argentinada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb

9 İyun 2021 09:20

Argentinada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 31 137 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 milyon nəfəri ötüb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 722 nəfər ölüb, ölənlərin ümumi sayı 82 667 nəfər təşkil edir.

Milli.Az