Xarkovda partlayış olub, xəsarət alanlar var

9 İyun 2021 07:00

Ukraynanın Xarkov şəhərində partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, naməlum şəxs tərəfindən əl qumbarası atılıb. Baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

Məlumata əsasən, əl qumbarasını atan şəxs polislər tərəfindən saxlanılıb.

Milli.Az