Ölkənin ən iddialı iqtisadi analitika layihəsi fəaliyyətə başlayır: "Real-Trend" - VİDEO

8 İyun 2021 22:47

Real TV və Trend İnformasiya Agentliyi yeni birgə layihəyə imza atıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hər çərşənbə günü saat 15:30-da Real Tv-nin efirində yayımlanacaq "Real-Trend" verlişində həftənin ən aktual iqtisadi xəbərləri müzakirə ediləcək.

Həm Real TV, həm də Trend İnformasiya Agentliyinin studiyasına dəvət ediləcək qonaqlar Azərbaycanın qarşısında duran çağrışları müzakirə edəcəklər. Müzakirə ediləcək mövzular sırasına azad edilmiş ərazilərə böyük qayıdışın gündəlik qayğıları, 4-cü sənaye inqilabının gündəmə gətirdiyi məqamlar, "Ağıllı kənd", "Ağıllı şəhər" layihələrinin vəd etdiyi üstünlüklər və digər məsələlər daxildir.

Milli.Az