Cəlilabadda su anbarında batan üç nəfərin meyiti tapılıb - YENİLƏNİB

8 İyun 2021 22:41

22:41

Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad rayonunda azyaşlıların su anbarında boğulması ilə bağlı məlumat yayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında nazirliyin 112 Qaynar xətt nömrəsinə Cəlilabad rayonu, Gülməmmədli kəndində 3 nəfərin suda batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Cənub Dalğıc Axtarış Qrupu tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində bir azyaşlı və iki yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Saat 22:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun Gülməmmədli kəndində 3 nəfərin ehtiyatsızlıqdan İncəçay su anbarına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdənverilən xəbərə görə, məlumat daxil olan kimi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində saat təqribən 21:40 radələrində axtarışda olanlardan biri - Yaqubov Həsən Rizvan oğlunun (16 yaş) meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Yaqubov Hüseyn Rizvan oğlunun (17 yaş) və Yaqubov Həmzə Nizami oğlunun (6 yaş) axtarışları davam etdirilir.

Milli.Az