ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasında texniki kömək göstərməyə hazırdır - Filip Riker

8 İyun 2021 20:58

ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyasında texniki kömək göstərməyə hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi vəzifələrini icra edən Filip Riker deyib.

O bildirib ki, sərhədin demarkasiyası çox vacibdir:

"Bu, hər kəsə fayda gətirəcək. Bu prosesin işə salınması üçün siyasi iradə lazımdır. Vəziyyətin gərginləşməsi ehtimalı hamımızı narahat etməlidir".

Milli.Az