"Pulun arxasınca qaçmıram, o mənə sarı gəlir"

8 İyun 2021 19:18

Sosial şəbəkə ulduzu Şeyma Subaşı misirli sevgilisi Mohammed Alsaloussi haqqında yayılan dələduz iddiasına cavab verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə iş adamının dələduz olduğu haqda paylaşımlar edilib. Onun əslində milyarder yox, saxtakar olduğu bildirilib.

Şeyma "Yazılanlar yalandır. Atası mirasından düşən payı ona verib. Mohammed pulla oynamağı yaxşı bilir. Adamı dələduz etdiniz, bu, necə bir şeydir? O, çox ağıllıdır, hara pul buraxacağını yaxşı bilir. Pasport məsələsi də belədir: Mohammedin 7 soyadı var. Amerikada yaşadığı üçün Mohammed Alsaloussi-ni istifadə edir.

Çox əsəbiləşirəm, üzüyümü 800 min lirəyə aldığını yazmışdınız. Sevgilim, belə yazıblar dedim. O da qayıtdı ki, barı dollar yazsaydılar. Ondan icazə alıb üzüyün gerçək qiymətinin 998 min dollar olduğunu yazdım" deyə bildirib.

O, "Mohammed Alsaloussi varlı olmasaydı onla görüşməzdin" sözlərinə isə "Bu adam məni 2 ay izlədi. Bir qadına necə aşıq olunur onda onu tapdım. Gördünüz, necə evlilik təklifi etdi? Acun Ilıcalı ilə birlikdə olanda da pul haqda heç nə bilmirdim. İndi də bilmirəm. Bu gün pul olar, sabah olmaz. Pulun arxasınca qaçmıram, o mənə sarı gəlir. Pulsuz qalsam, bədbəxt olaram düşüncəm yoxdur. Xoşbəxtliyi evə, maşına görə yaşamıram. Ona görə də Allah mənə daha çox verir" cavabını verib.

Milli.Az