Azərbaycanlılar toyda "paçka-paçka" dolları gəlinin başına səpələdilər - VİDEO

8 İyun 2021 17:42

Əməkdar artist Abbas Bağırov iştirakçısı olduğu toydan çəkdiyi videonun üzərindən 16 il keçsə də, bugündən sonra da o kadrlar hələ çox danışılacaq.

Milli.Az xəbər verir ki, müğənni 2005-ci ildə Moskvada Azərbaycan toyunda bəy-gəlinin "dollar yağışı"na tutulduqları anı telefonunün kamerasına çəkib.

Kadrlarda bəy-gəlinin yaxınları olduqları iddia edilən şəxslər əllərində dollar "paçka"larını açaraq səbəbkarların başına səpdiyi görüntülər əks olunub.

Bu da həmin kadrlar:

Məhəmməd Vaqif
Milli.Az