Emmanuel Makronu sillələdilər - VİDEO

8 İyun 2021 17:58

Fransa Prezidenti Emmanuel Makron ölkənin cənub-şərqinə rəsmi səfəri zamanı yerli sakin tərəfindən sillələnib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Fransa Prezidentinin Drom departamentinə səfəri zamanı baş verib.

Baryerin arxasındakı vətəndaşlara görüşmək istəyən Fransa Prezidentinin üzünə sillə vurulub.

İnsidentlə əlaqədar iki nəfərin saxlanıldığı bildirilir.

Milli.Az