Bosniya və Herseqovina nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb

8 İyun 2021 17:02

İyunun 8-də Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviçin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, səfərin məqsədi nümayəndə heyətini Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklərlə tanış etməkdir.

Nümayəndə heyəti ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin qalıqları ilə tanış olacaqlar.

Milli.Az