3 və 4-cü doza vaksin vurula bilərmi?

15 İyun 2021 23:15

Bəzi ölkələrdə peyvəndlərin 3 və 4-cü dozaları vurulmağa başlanıb. İlk iki dozadan sonra əlavə dozaların vurulmasına ehtiyac varmı?

Milli.Az axar.az-a istinadən bildirir ki, məsələ ilə bağlı açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, hazırda sadəcə "Conson-Conson" vaksinləri tək doza olaraq vurulur:

"Hesab etmək olar ki, bu vaksinlərin hamısı müəyyən araşdırmalardan keçib və tələsik olaraq istifadəyə verilib. Ola bilər ki, gələcək araşdırmalar tamamilə başqa nəticələr versin. Peyvənd vurdurmuş, lakin antitel testi nəticəsində immunitet yaranmayan insanlar yenidən 3 və ya 4-cü doza vaksin vurdura bilərlər. Əlavə dozalar peyvənd olunmasına və ya əvvəl yoluxub sağaldığına baxmayaraq, immunitet yaranmamış insanlara vurulacaq".

Milli.Az