Yeni "QAZel"lər Türkiyədə yığılır - FOTO

8 İyun 2021 21:25

Rusiyanın "QAZ" şirkəti "QAZel NN" yüngül kommersiya avtomobillərinin kütləvi istehsalına başlayır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Türkiyənin Sakarya şəhərində yığılacaq avtomobillər "Avro 6" standartına cavab verəcək.

Şirkətdən yayılan məlumatda bildirilib ki, "QAZel NN" Rusiya şirkətinin sözügedən standarta cavab verən ilk məhsuludur.

3.5 ton çəkisi olan yeni "QAZel" 170 at gücündə mühərriklə təchiz olunacaq. Avtomobildə 6 pilləli ötürücü qutu quraşdırılacaq. "QAZel"in istehlak resursu 300 min km təşkil edəcək.

Milli.Az