İlahi əzabı aradan aparmaq üçün 3 yol

10 İyun 2021 21:15

Mərhum Ayətullah Behcət buyurur: "İlahi əzab Allaha diqqət etməklə, yalvarmaqla aradan gedər".

Əzab dedikdə - cəza, işgəncə və ağrı yaratmaq nəzərdə tutulur. Ərəb lüğətindəki mənası "şallağın ucu ilə çoxlu vurmaq" deməkdir.

Quranın nəzərinə görə, o kəslər ki, dinin əleyhinə əməl edərlər - onlara əzab nazil olar.

Quranın nəzərinə görə, İlahi əzabı aradan aparan amillər bunlardır:

1. İstiğfar və Peyğəmbərin (s) varlığı. "Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir". ("Ənfal" 33).

2. Boyun əymək və yalvarıb-yaxarmaq. "Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar?". ("Ənam" 43).

3. İmanı gücləndirmək. "Bəs nə üçün Yunusun qövmündən başqa heç bir toplum olmadı ki, (vaxtı keçəndən sonra) iman gətirsin və imanı (ona) fayda versin? Elə ki, onlar (Yunusun qövmü) iman gətirdilər, rüsvayedici və alçaldıcı əzabı dünya həyatında onlardan götürdük və onları müəyyən bir müddətə qədər (həyat nemətindən) bəhrələndirdik". ("Yunus" 98).

Əgər tarixə nəzər salsaq, görərik ki, İlahi əzabı Allaha diqqət edərək və Ona yalvararaq aradan aparmaq olar. İlahi əzabı aradan aparan əsil amil - imandır. Hər kim Allaha iman gətirər və küfrünə görə tövbə edərsə, Allah əzabı ondan götürər. Allah mömin bəndələrini əzabdan qoruyar.

İmam Əli (ə) buyurur: "Hər kimin imanı olmaz - o, xilas ola bilməz". (Beytutə)

Bəs imanın nişanəsi nədir?

Həzrət Peyğəmbərə (s) sual verirlər ki, imanın nişanəsi nədir?

Həzrət (s) buyurur: "İmanın nişanəsi 4 şeydir:

1. Allah Təalanın yeganə olmasını etiraf etmək.

2. Ona etiqad və iman bəsləmək.

3. Səma kitabına iman gətirmək.

4. İlahi peyğəmbərlərə (ə) iman gətirmək".

Milli.Az