Elmə məlum olmayan kəpənək növü
29 Aprel 2010 19:38
Qanadları arasındakı məsafə 6 millimetr olan üç millimetr uzunluğunda kəpənək hələ 2006-cı ildə diqqəti cəlb etsə də, yeni növ kimi rəsmən bu ilin yanvarında təsdiq edilmiş və elmi jurnallara daxil edilib.
Onu palıd budaqlarında ilk dəfə aşkar etmiş həvəskar naturalist B.Hekfordun şərəfinə Ectoedemia heckfordi adlandırılmış kəpənək bu həftə Londonda Təbiət Tarixi Muzeyində nümayiş etdiriləcək.
Ekspertlər bildiriblər ki, yerli meşələr üçün nadir sayılan bu kəpənəyə dünyanın heç yerində rast gəlmək mümkün deyildir. Kəpənəyin tırtılı tünd yaşıl rəngdədir.
B.Hekford demişdir:" Biz çox vaxt nəsli kəsilməkdə olan heyvanlar və bitkilər haqqında eşidirik. Yeni tapıntılara isə nadir hallarda rast gəlirik. Odur ki, bu kəşfin əhəmiyyətini azaltmaq olmaz".
/AzərTAc/