İranda daha 179 nəfər koronavirusdan öldü

9 İyun 2021 04:30

İranda ötən sutka ərzində koronavirusdan 179 nəfər (COVID-19) ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 81 362 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 8 846 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 980 116 nəfərə çatıb. Virus daşıyıcılarından 3 620 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 578 263 nəfər koronavirusdan sağalıb, 20,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda təxminən 4,93 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,25 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 682 min təşkil edir.

Milli.Az