Zidanın baş məşqçisi olmaq istədiyi komanda müəyyənləşdi

8 İyun 2021 19:48

Zinədin Zidan baş məşqçilik etmək istədiyi komandanı artıq seçib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "Real"dan ayrılan 48 yaşlı mütəxəssis heç bir klubu çalışdırmaq istəmir. O, Fransa millisinin sükanı arxasına keçməyi planlaşdırır.

Qeyd edək ki, Zidan tələsmir, o, Deşamın müqaviləsinin 2022-ci ilin dekabrında başa çatmasını gözləyəcək.

Milli.Az