"Xiaomi"nin yeni modelinin istehsalına hazırlıq gedir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, ağıllı smartfonun iş prinsipinə zəlzələni əvvəlcədən təyin edib istifadəçilərinə məlumat ötürmək də daxildir.
Məlumata görə, yeni sistem Çinin 25 fərqli şəhərində test edilib və 4 baldan yüksək 35 zəlzələni əvvəlcədən təyin edə bilib.
Smartfon bu prosesi xüsusi sensorlar və alqoritm ilə təyin edir.
Milli.Az