Aqşin Fateh: “Qadınlarla duetə son qoydum” - VİDEO

8 İyun 2021 19:24

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı meyxanaçı Aqşin Fateh olub.

Milli.Az xəbər verir ki, məşhur meyxanaçı qadın ifaçılarla duet oxumayacağını açıqlayıb:

"Çox söz-söhbətlər oldu. Əlbəttə ki, duet oxuyacağam. Həyat davam edir. Amma qərar vermişəm. Bir müddətlik qadın müğənnilərlə duetlərə son qoydum. Ola bilsin ki, ümumiyyətlə sənətə son qoydum".

Milli.Az