Koronavirusdan ölən xanım məmurun yerinə təyinat

8 İyun 2021 12:22

Şirvan Şəhər İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Şirvan şəhər icra başçısı İlqar Abbasov əmr imzalayıb.

Əmrə əsasən, Aynur Fərzəliyeva İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, daha öncə bu vəzifəni Elmira Ağayeva yerinə yetirib. O, 2020-ci ildə yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib. 

Aynur Fərzəliyeva bundan əvvəl Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsində işləyib.

Milli.Az