Məşhur yazıçı və şair vəfat etdi

8 İyun 2021 10:41

Məşhur yazıçı və şair Yelena Stefanoviç vəfat edib.

Milli.Az xəbər verir ki, bununla bağlı xəbəri mərhumun oğlu sosial şəbəkədə paylaşıb:

"Öldü" yazmaq istəmirəm, sakitcə özündən sonra qapını bağladı. Artıq onun üçün kədərin olmadığı başqa həyat başlayır", - deyə oğlu Maksim yazıb.

69 yaşlı qadının xəstəliyinin səbəbi açıqlanmır. Onlarla kitab müəllifi olan şairin sözlərinə mahnılar da bəstələnib.

Kamran Seyidov
Milli.Az