Xatun qardaşı vəfat edəndən sonra səhnəyə qayıtdı - FOTOlar

8 İyun 2021 12:29

Müğənni Xatun Əliyeva yenidən səhnə fəaliyyətini bərpa edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qardaşı stilist Balaş Əliyev dünyasını dəyişəndən sonra müğənnilik fəaliyyətini dayandıran ifaçı bu barədə sosial şəbəkədə yazıb:

"Həyat və səhnə arasında elə sıx bağlılıq var ki... Hər ikisi imtahanlarıyla sınağa çəkər səni. Yüksələrsən, büdrəyərsən, əziyyət çəkərsən, bəhrəsin görərsən, bir anda itirərsən, çökərsən... Amma davam edərsən, davam etməlisən. Yenidən ayağa qalxmaq asan olmadı. Onsuz davam edə bilməsəm də, elə öncə onun üçün yenidən dikəlmək və davam etmək qərarımdı. Əminəm ki, onun yoxluğuna, ağrılarına səhnədə və sənətdə sizin sevginiz məlhəm olacaq. Ona görə də sizə, səhnəyə geri qayıdıram. Onun və sevənlərim üçün yenidən ayaqdayam".

Milli.Az