Qarabağın bərpası ilə bağlı müzakirələr - FOTO

8 İyun 2021 10:31

Avropa Yenidənqurma və İnkişaf Bankının Qarabağın bərpasında iştirakı müzakirə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.

Nazir bildirib ki, bankın Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen və həmkarları ilə görüşüb:

"Görüşümüzdə özəl sektorun inkişafı, Gəncə Yaşıl Şəhər Proqramı çərçivəsində icra olunacaq layihələr və bankın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri barədə fikir mübadiləsi apardıq".

Milli.Az