"Niyə mənə tərs baxdın?" dedi və bıçaqlandı - VİDEO - FOTO

8 İyun 2021 12:44

Bursada (Türkiyə) parklardan birində iki qrup arasında mübahisə sonda bıçaqlanma ilə başa çatıb.

Milli.Az haberturk-ə istinadən xəbər verir ki, insidentə səbəb gənclərdən birinin digərinə "niyə mənə tərs baxdın?" sözləri olub. Nəticədə 5-6 nəfərlik iki qrup arasında dava düşüb. Davanın səbəbkarı ağır bıçaq yarası ilə xəstəxanaya çatdırlıb. Polis hazırda hadisə yerindən qaçan şübhəliləri axtarır.
 
Kamran Seyidov
Milli.Az