Bakıda 36 yaşlı qadın işlədiyi parkda öldü

8 İyun 2021 10:21

Bakıda 36 yaşlı qadın parkda vəfat edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən və yeni tikilən parkda baş verib.

Paytaxt sakini, 1985-ci il təvəllüdlü Gürsel Novruz qızı Zamanova işlədiyi parkda infarkt keçirərək ölüb.

Rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az