Millət vəkili Sevil Mikayılova növbəti dəfə Xaçmazda seçiciləri ilə görüşüb - FOTO

8 İyun 2021 10:02

Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə deputatı Sevil Mikayılova növbəti dəfə Xaçmazda olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, mütəmadi olaraq seçicilərlə görüşən millət vəkili bu dəfə rayonun Bostançı, Dədəli, Əhmədoba və Qımılqışlaq kənd sakinlərini qəbul edib.

Kənd sakinləri yararsız yollar, qaz və elektrik enerjisi təchizatı ilə bağlı problemləri, eləcə də digər şəxsi məişət xarakterli müraciətlərini səsləndiriblər. Müraciətlərin əksər hissəsi yerindəcə həll olunub, araşdırılması zaman tələb edən digər məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atılıb.

Millət vəkili qəbula gələn vətəndaşlara ölkədə aparılan tibbi peyvəndlənmə prosesinə aktiv qoşulmağı da tövsiyə edib.

Seçicilər qaldırdıqları məsələlərin millət vəkilinin təşəbbüsü ilə qısa zamanda həllini tapacağına ümid etdiklərini ifadə ediblər.

Milli.Az