Jurnalistlərin binasında bədbəxt hadisə: 4 yaşlı uşaq düşüb öldü - YENİLƏNİB - FOTO

8 İyun 2021 21:27

21:27

Salyan şossesi, 32 ünvanında yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq vəfat edən uşaq 4 yaşlı Abbas İsmayılovdur.

Səbail rayon prokurorluğunun əməkdaşları hazırda hadisə yerinə baxış keçirirlər.

21:11

Bakıda 4 yaşlı uşaq 16-cı mərtəbədən yıxılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, hadisə Səbail rayonu 22 ünvanında (Jurnalistlərin ikinci binası) C blokunda qeydə alınıb.

Binaya qonaq gələn ailənin 3 yaşlı oğlan övladı 16-cı mərtəbədən pəncərədən yerə düşüb və hadisə yerində keçinib.

Hadisə yerinə hüquq-mühafizə orqanın və təcili yardım briqadasının əməkdaşları cəlb olunub.

Milli.Az