İngiltərədə nəhəng qüllələr beş saniyəyə yıxıldı - VİDEO

8 İyun 2021 09:39

İngiltərənin Qərbi Midlends bölgəsində yerləşən Staffordşirdəki tarixi "Rugeley" istilik elektrik stansiyasının 4 soyutma qülləsi partladılaraq uçurulub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki,  117 metr hündürlüyə malik nəhəng tikililər beş saniyə içində yerlə bir olub.
 
Stansiyada 1950-ci ildən 2016-cı ilədək kömürdən elektrik istehsal edilib.
 
Sökülən stansiyanın ərazisində içində park, bağça və mağazalar olan 2300 nəfərlik yeni yaşayış kompleksi salınacaq.

Milli.Az