Antitel testinin nəticəsi əsasında "COVID-19 sertifikatı" almaq olar? - VİDEO

8 İyun 2021 10:49

"Koronavirusa yoluxan və rəsmi qeydiyyata düşməyən şəxslər antitel testinin nəticəsi əsasında "COVID-19 sertifikatı" ala bilməzlər".

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi antitel testinin nəticələri ilə "COVID-19 sertifikatı" alınıb-alınmayacağı məsələsinə aydınlıq gətirib.

Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadənin sözlərinə görə, antitel testinin nəticəsi immun və "COVID-19 sertifikatı" almağa kifayət etmir.

Günay Quluzadə deyib ki, bədənində antitelin miqdarından asılı olmayaraq, hər kəs vaksin vurdura bilər. Həm beynəlxalq araşdırmalarda, həm də təcrübədə antiteli olub vaksin vurduran hər hansı şəxsdə neqativ hal müşahidə edilməyib.

Günay Quluzadə onu da bildirib ki, indiyədək ölkə üzrə vaksinasiya olunanlar arasında neqativ göstərici qeydə alınmayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az