Manikür salonunda narazı qaldı, qadını güllələdi

8 İyun 2021 08:23

ABŞ-ın Texas ştatında manikür salonunda müştəri xidmətçini güllələyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ştat polisinin açıqlamasında bildirilib.

Texasın Harris dairəsində manikür salonunda qiymətdən narazı qalan qadın 42 yaşlı asiyalı xidmətçini güllələyib.

Hadisə yerinə gələn polis xidmətçini yaralı vəziyyətdə aşkar edib. Hadisəni törədən qadın salondan qaçıb.

Milli.Az