İldırım bir gündə 20 nəfəri öldürdü

8 İyun 2021 07:25

Hindistanın Qərbi Benqal ştatında ildırım vurması nəticəsində bir gündə ən azı 20 nəfər ölüb, üç nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə ştatın üç müxtəlif bölgəsində baş verib.

"İldırım vurması nəticəsində Murşidabad bölgəsində doqquz, Huqlidə bölgəsində doqquz və Purba Medinipur bölgəsində iki sakin ölüb", - məlumatda deyilir.

Yaralılar yerli xəstəxanaya çatdırılıblar.

Hindistan Baş naziri Narendra Modi hadisə ilə bağlı ölənlərin ailə üzvlərinə başsağlığı verib və onlara maddi yardımediləcəyini bildirib.

Milli.Az