Bayden Zelenskini ABŞ-a dəvət edib

7 İyun 2021 23:50

ABŞ prezidenti Cozef Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə açıqlamasında deyib.

Müşavir bildirib: "[Cozef Bayden] Prezident Zelenskini Avropadan qayıtdıqdan sonra bu yay Vaşinqtonda Ağ Evdə qəbul etməyi səbirsizliklə gözlədiyini söyləyib".

Milli.Az