Dünyanın ən zəngin şəxsi kosmosa uçacaq

8 İyun 2021 04:15

Dünyanın ən zəngin şəxsi, "Amazon" şirkətinin təsisçisi Ceff Bezos iyulun 20-də kosmosa uçacağını elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, C.Bezos özünə məxsus "Blue Origin" şirkətinin "New Shepard" kosmik gəmisində öz qardaşı ilə birgə səyahət edəcək.

Qeyd edək ki, "Blue Origin" şirkəti may ayında Yerin ətrafında suborbital uçuş üçün bir sərnişin yerinə hərrac elan etmişdi. Həmin sərnişin iyunun 12-də müəyyən ediləcək. Onunla yanaşı, Ceff Bezos və qardaşı səyahət edəcək.

Uçuşun təxminən 11 dəqiqə davam edəcəyi planlaşdırılır.

Milli.Az