Bu gün peyvənd olunanların sayı açıqlandı

7 İyun 2021 17:42

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 601 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 267 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2546770, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1611499, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935271 təşkil edir.

Milli.Az