Gürcüstana getmək istəyənlərə şad xəbər - Tezliklə...

7 İyun 2021 16:46

Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası məsələsi müzakirə olunur.

Trend bu barədə "Gürcüstan Dəmir Yolları" idarəsinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə qatar reysləri Azərbaycanın quru sərhədlərinin açılmasından sonra işə düşəcək.

Qeyd edək ki, həmnin marşrut üzrə reyslər koronavirus pandemiyası ilə əlaqədar ötən ilin martından dayandırılmışdı.

Milli.Az