Kamran kitab oğurlayan gəncləri müdafiə etdi

7 İyun 2021 19:12

"Mən o kitabların 10, 100 qat artıq pullarını verməyə hazıram. Ümumiyyətlə kitab oğurluğu oğurluq sayılmamalıdır! Ölkənin bu gün ehtiyac duyduğu insanlar elə kitab oğruları olmalıdır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri aktyor-aparıcı Kamran Ağabalayev sosial şəbəkədə yazıb. O, iki kitabı oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədovun görüntüsünü paylaşaraq  onlara dəstək olub.

Kamran oğurluğun baş tutduğu "Ali və Nino" mağazasına müraciət edərək şikayətin geri götürülməsini xahiş edib. Aktyor qeyd edib ki, bunun qarşılığında oğurlanan kitabların qiymətindən artığını ödəməyə hazırdır:

"Ola bilər, bəziləriniz qınayasınız, ola bilər, mən demək istədiyimi bəyan edə bilmirəm, amma düşünürəm ki, siz məni başa düşdünüz! Kitaba gəlincə, sözümün ağasıyam, gəlin 100 qatını verim, ərizənizi geri götürün, nə bilim, nəsə edin!"

Milli.Az