Bərzani PKK-dan intiqam almağa and içdi

7 İyun 2021 20:36

Kürdüstan Demokratik Partiyasının sədri Məsud Bərzani PKK terror təşkilatının hücumundan sonra ölən peşmərgələrin ailələri ilə görüşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Bərzaninin ofisi məlumat yayıb.

O, peşmərgələrin ailələrinə başsağlığı verib:

"Peşmərgəni şəhid edərək bu cinayəti törədənlər layiq olduqları cəzanı alacaqlar".

Bərzani xəstəxanada müalicə alan yaralı peşmərgələrə də zəng edərək onlara şəfa diləyib.

Milli.Az