"Ronaldo 5-10 il əvvəl etdiklərini bacarmaz" - Del Pyero

10 İyun 2021 21:19

İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Alessandro Del Pyero Turin klubunun hücumçusu Kriştiano Ronaldonun hazırkı performansından danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, keçmiş hücumçu "Football Italia"ya açıqlamasında portuqaliyalı futbolçunun əvvəlki kimi çıxış etmədiyini bildirib:

"Düşünürəm ki, Ronaldo karyerasının elə bir mərhələsinə qədər qoyub ki, 5-10 il bundan əvvəl etdiklərini indi bacarmaz. Ancaq hələ də yüksək potensialı var. Buna uyğunlaşmalıdır.

Ronaldo baş məşqçisi Alleqri ilə danışmalı və yola birlikdə davam edib-etməyəcəklərinə qərar verilməlidir".

Milli.Az