Tələbələrin təhsil borcu 1,7 trln. dollara çatıb - ABŞ-da

8 İyun 2021 06:15

Tələbələrin təhsil borcu 1,7 trln. dollara çatıb.

Milli.Az APA-Economics-ə istinadən xəbər verir ki, Nyu-York Federal Ehtiyat Bankının məlumatlarına görə, dondurulmuş kredit ödənişlərinin ortalama aylıq məbləği 7 mlrd. dollara bərabərdir.

Bildirilir ki, oktyabrın 1-dən kreditlər üzrə aylıq ödənişlərin yenidən bərpa edilməsi amerikalıların ailə büdcələrinin böyük hissəsini apararaq, istehlak bazarındakı bərpaya maneə olacaq.

Milli.Az