ÜGT Azərbaycan gömrüyünə kömək edir - Baş katib

7 İyun 2021 14:57

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Azərbaycan gömrüyünə risklərin idarə olunması sisteminin təkmilləşdirilməsində kömək edir.

Bunu Trend-ə ÜGT-nin baş katibi Kunio Mikuriya deyib.

O qeyd edib ki, Azərbaycanın Dövlət Gömrük Komitəsi 1992-ci ildə ÜGT-nin fəal üzvüdür:

"Gömrüyün modernləşdirilməsi fasiləsiz prosesdir. Daim dəyişən beynəlxalq ticarət mühiti fonunda gömrük mövcud şərtlərə uyğunlaşmalı və yeni problemlərin həlli üçün potensialını inkişaf etdirməlidir".

Baş katib qeyd edib ki, Azərbaycan gömrüyü proseslərinin modernləşdirilməsi və təkmilləşdirilməsi üzrə ÜGT ilə əməkdaşlıq edir və müxtəlif sahələrdə potensialının inkişaf etdirilməsi üçün təşkilatdan dəstək görür:

"Hazırda ÜGT Azərbaycan gömrüyünə risklərin idarə olunması sisteminin təkmilləşdirilməsində kömək edir. Azərbaycan ÜGT yüklərinin yerinin müəyyən edilməsi sisteminə qoşulan ölkələrdən biridir. Bu il aprelin 20-də həmin sistemin Azərbaycanın gömrüjk sistemində işə salınması prosesinin başa çatmasına həsr olunmuş onlayn tədbir keçirilib"

Milli.Az