Kənd və broyler yumurtası - Necə ayırd edək?

21 İyul 2021 22:04

Yumurta alarkən üzərindəki kodlara diqqət etməliyik.

Milli.Az xəbər verir ki, türkiyəli diyetoloq Eda Balcı yumurta alarkən diqqət etməli olduğumuz kritik nöqtələri açıqlayıb:

"Bunlardan ən önəmlisi üzərində olan kodlardır. Yumurtanın üzərindəki bu kodlar nə cür bir toyuqdan alınan yumurtanı yediyimizi göstərir. Yumurtaların üzərindəki kodlarda ilk olaraq 0,1,2,3 olmaqla rəqəmlər qeyd edilir.

Kod 0-la başlayırsa bu yumurtanın tamamən orqanik şəkildə yetiştirildiyini və toyuğa heç bir hormon verilmədiyini göstərir.'0' kodlu yumurtalar ən sağlam və ən bahalı yumurtalardır. Bu yumurtaların sarı hissəsi süni qida ilə yemlənən toyuqlarınkından daha balacadır.

"1" ilə başlayan kod, gəzən toyuq yumurtasının kodudur. Yəni bu toyuğun qapalı deyil, rahat gəzə biləcəyini, əlavə qatqısız yəni GMO-suz olduğunu göstərir. Bunlar orqanik yumurtadan sonra ən sağlam yumurtadır.

Yumurta '2' kodu ilə başlayırsa, bu yumurtanın quşçuluq təsərrüfatlarında yaşayan toyuqlardan əldə edildiyini göstərir. Bu toyuqlar açıq məkan olmadan qəfəsdə hərəkət edə bilən, gəzən heyvanlardır. Bu yumurtaların əldə edildiyi toyuqlara GMO yəni əlavə qida vurulmur.

Kod '3' ilə başlayırsa yumurtalar tamamilə qəfəsli bir ortamda yaşayan toyuqlardan əldə edildiyi deməkdir. Bu toyuqlar qəfəslərdə böyüyüb, yetişir və hansısa hərəkət məkanları olmur. Bu toyuqlarda GMO və hormon tətbiq edilir. Bunlara ən ziyanlı yumurtalardır". /medicina.az

Milli.Az