F1 qalibi Bakıdakı qələbəsindən danışdı

7 İyun 2021 14:27

Özümü çox xoşbəxt hiss edirəm. Adətən, Bakıdakı yarış kifayət qədər çılğın keçir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Formula 1 Azərbaycan Qran Prisi 2021-in birincisi "Red Bull Racing" komandasının pilotu Serxio Peres deyib.

O, komanda yoldaşı Maks Ferstappenin qəza törətməsinə də toxunub: "Birincisi, onu qeyd edim ki, Maksın qəzası ilə bağlı təəssüf hissi keçirirəm, möhtəşəm performans nümayiş etdirdi və qələbəyə layiq idi. Birinci və ikinci yerləri qazanmaq komandamız üçün inanılmaz nəticə olardı. Amma günün sonunda onu deyə bilərəm ki, çox məhsuldar gün idi. Bolidin yarışdan çıxmasına az qalmışdı, lakin bəxtimiz gətirdi ki, biz yarışı bitirməyə nail ola bildik. Başlanğıcdan sona qədər çox çətin idi".

Milli.Az