"Caspian Awards Azerbaijan 2021" mükafatı təqdim edilib - FOTO

7 İyun 2021 14:11

Avand Production tərəfindən təşkil olunan "Caspian Awards Azerbaijan 2021"  mükafatı sahiblərinə təqdim edilib.

Milli.Az-a verilən məlumata görə, mükafatlandırma gecəsində il ərzində fərqlənən, yadda qalan, peşəkar şəxs və şirkətlər mükafatlandırılıb.

Layihədə "Caspian Awards Azerbaijan 2021" mükafatına adına layiq görülənlər sırasında Xalq artististləri Mənsum İbrahimov, Elçin Həşimov , Fidan Haciyeva , Mələkxanım Əyyubova , Gülyanaq Məmmədova,  Əməkdar artist Elnur Əhmədov, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, Aşıq Əli Tapqdıqoğlu, teleaparıcı Könül Muxtarova, müğənnilər Tunar Zeynalov, Ramil Nabran, Türkan Vəlizadə , Rüfət Axundov, Aynur Dadaşova,  Leyla Ramazanli, TREND İA jurnalisti Vüqar İmanov və başqa tanınmış şəxslər yer alıb. Mükafatlandırma gecəsinin aparıcısı Azər Axşama olub. Mükafat karantin tələblərinə uyğun təqdim olunub.

Qeyd edək ki, lahiyə ölkəmizdə artıq üçüncü  ildir ki, təşkil olunur. Lahiyənin rəhbəri  Ayaz Məməmmədov, İçraçı prodüser Xəyal  Əhmədov , Mədəniyyət işləri üzrə icraçı prodüser Nərminə Qafarlı , Dizayn və qrafika işləri üzrə prodüser Gunay Tapdiqova.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az