Xaçmazda evdən 100 min manatlıq oğurluq edilib

8 İyun 2021 03:15

Xaçmazda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də rayon ərazisindəki evlərin birindən 25.000 manat, 300 ABŞ dolları, 70.000 manat dəyərində qızıl-zinət əşyaları, 1000 manat dəyərində saat və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakinləri

Z.Beydullayev və M.Məmmədova saxlanılıblar.

Araşdırma aparılır.

Milli.Az