AVRO-2020-də millidə yeni futbolçu

8 İyun 2021 02:45

İngiltərə millisinin AVRO-2020 üçün sifariş vərəqinə əlavə olunacaq futbolçu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Trent Aleksander-Arnoldun siyahıdan çıxarılmasından sonra boş qalan yeri Ben Uayt tutacaq.

"Brayton"un müdafiəçisi digər namizədlərlə müqayisədə məşqçilər korpusunu daha çox razı salıb. Yoxlama oyunlarında yarımmüdafiəçilər Ceyms Uord-Praus ("Sauthempton") və Cessi Linqard ("Mançester Yunayted") da sınansa da, sonda Uayta üstünlük verilib.

Qeyd edək ki, Trent Avstriya ilə yoxlama oyununda (1:0) zədələndiyi üçün 6 həftə buraxacaq.

Milli.Az