Bakıda orta məktəblərdə yeni təmayül sinifləri təşkil edilib

8 İyun 2021 03:30

Bakıda 187 məktəbdə 709 təmayül sinif təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Milli.Az-a verilən məlumata görə, ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.

BŞTİ tabeliyindəki 187 məktəbdə 709 təmayül sinif fəaliyyət göstərir.

Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılması məqsədlərinə xidmət edir.

Milli.Az