Rusiyada koronavirusdan ölənlərin sayı 124 mini ötüb

8 İyun 2021 01:30

Rusiyada son sutka ərzində daha 9429 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların 5 135 866 nəfərə çatıb.

Son sutka ərzində 330 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 124 117 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Milli.Az